login:        password:      
Combats Scrolls
Rambler's Top100
Гость БК
CEZA | CEZA X Open user info Open user photogallery user RSSCEZA X
06.12.08 19:30   |    ZİLHİCCƏ AYININ İLK ON GÜNÜNÜN FƏZİLƏTİ  ru
 Həmd (şükür, tərif, minnətdarlıq), Aləmlərin Rəbbi olan Allaha aiddir. Salat və salam da peyğəmbərlərin əfəndisi (ağası, xatəmi, sonuncusu), Məhəmmədə (ona və ailəsinə salam olsun) olsun.
Heç şübhəsiz ki Allah Təalanın, saleh qullarına ilin müəyyən günlərini çox saleh əməl işləmələri üçün təsis etməsi, Onun qullarına olan lütf və lütfkarlığındandır. Elə məhz bu günlərdən biri də Zilhiccə ayının ilk on günüdür.
Zilhiccənin ilk on gününün fəziləti haqqında Quran və sünnədən dəlillər gəlmişdir. Aşağıda ayə və hədislərdən bəzilərini dəlil olaraq sizə təqdim edirik:




1. Allah Təala belə buyurmuşdur:
“1 - And olsun dan yerinə; 2 - And olsun on gecəyə…” (əl-Fəcr (Dan yeri) surəsi, 1-2).
İbn Kəsr -Allah ona rəhmət etsin- ayədəki on gecədən məqsədin; İbn Abbas, İbn Zubeyr, Mücahid və başqalarının dedikləri kimi: “Zilhiccənin ilk on günüdür” demişdir.
2. İbn Abbasdan -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
"Allah Təala nəzdində içərisində edilən saleh əməlin daha sevimli olduğu bu on gündən -yəni Zilhiccə ayının ilk on günündən- başqa bir gün yoxdur.
Səhabə: “Ey Allahın Elçisi! Allah yolunda cihaddamı (bu gündə edilən əməllərin əvəzini verə bilməz)?” dedilər.
Rəsulullah (ona və ailəsinə salam olsun): “Allah yolunda cihad belə (bu gündə ediləcək əməllərin əvəzini verə bilməz). Ancaq Allah yolunda (döyüşmək üçün) canı və malıyla çıxan və bu ikisindən heç bir şeylə geri dönməyən kimsə bunun xaricindədir” buyurdu.
2. Allah Təala belə buyurmuşdur:
“- Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!” (əl-Həcc (Həcc) surəsi, 28).
İbn Abbas -Allah ondan razı olsun-: “Ayədə keçən məlum günlərdən qəsd; Zilhiccənin ilk on günüdür” demişdir.
4. Abdullah b. Ömərdən -Allah ondan və atasından razı olsun- rəvayət olunduğuna görə, Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Allah Təala dərgahında içərisində saleh əməl işlənən bu on gündən əcri daha böyük və Onun daha çox xoşuna gələn başqa bir gün yoxdur. O halda, bu günlərdə bol-bol təhlil (lə iləhə illallah), təkbir (Allahu Əkbər) və tahmid (əl-həmdulillah) gətirin”.
5. Hafiz İbn-i Həcər -Allah ona rəhmət etsin- Fəthu'l-Bari adlı əsərində belə demişdir:
"Göründüyü kimi Zilhiccənin ilk on gününün digər günlərdən üstün olmasının səbəbi; ibadətlərin əsası olan namaz, oruc, sədəqə və həcc kimi ibadətlərin eyni zamanda əda edilməsindən ötəridir. Bu üstünlükləri digər günlərdə əldə etmək mümkün deyil”.

ZİLHİCCƏ AYININ İLK ON GÜNÜNDƏ EDİLMƏSİ MÜSTƏHAB OLAN ƏMƏLLƏR:
1. Bol-bol nafilə namaz qılmaq.
Fərz namazları əda etmək üçün məscidlərə erkən getmək və bol-bol nafilə namaz qılmaq. Çünki nafilə namazlar, insanı Allah Təalaya yaxınlaşdıran ən fəzilətli əməllərdəndir.
Necə ki, Səvbandan -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“(Namazda) Allaha çox səcdə et. Çünki sən, Allaha hər səcdə etdikcə, o səcdə səbəbiylə Allah da sənin (cənnətdəki) dərəcəni yüksəldər, bir günahını da silər”.
Bu əcr (mükafat) hər vaxt üçün etibarlıdır.
2. Nafilə oruc tutmaq.
Heç şübhəsiz ki, bu günlərin hamısını və ya gücü çatdığı qədərini, xüsusilə də Ərəfə gününü orucla keçirmək, əməllərin ən fəzilətlisidir. Çünki Allah Təala, orucu özü üçün seçmişdir.
Necə ki, Əbu Hureyrədən -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Allah –subhanəhu və təala- buyurur ki: Oruc, mənim üçündür, onun mükafatını da mən verərəm. Çünki o (oruclu), şəhvətini, yeməsini və içməsini mənim üçün tərk etmişdir. Oruc, cəhənnəmə (və ya cəhənnəmə aparan şəhvətlərə) qarşı bir qalxandır. Oruclu üçün iki sevinc anı vardır: (Birincisi:) İftarını açdığında sevinər. (İkincisi: Qiyamət günü) Rəbbinin hüzurunda orucunun savabını tapdığında sevinər. And olsun ki, oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir”
Huneydə b. Xalid, xanımından, o da Peyğəmbərin (ona və ailəsinə salam olsun) bəzi xanımlarından rəvayət etdiyinə görə, o belə demişdir:
“Rəsulullah (ona və ailəsinə salam olsun) Zilhiccə ayının ilk 9 günü, Məhərrəm ayının 10 günü, hər ayın ilk Bazar ertəsi günü ilə sonrakı iki Cümə axşamı günləri olmaq üzrə 3 gün oruc tutardı” (Əhməd, Əbu Davud, Nəsai).
İmam Nəvəvi -Allah ona rəhmət etsin-: “Zilhiccə ayının ilk on günü tutulan oruc çox müstəhəbdır", demişdir.
Əbu Səid əl-Xudridən-Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Hər kim, Allah üçün bir gün oruc tutsa, o gün tutduğu oruc səbəbiylə Allah onun üzünü yetmiş illik məsafə qədər cəhənnəmdən uzaq edər” (Buxari və Müslim).
Peyğəmbər (ona və ailəsinə salam olsun) Ərəfə gününün orucu haqqında isə belə buyurmuşdur:
“Ərəfə gününün orucunun, (oruc tutan kimsənin) bir əvvəlki il ilə bir il sonrakı ilin (kiçik) günahlarına kəffarə olmasını ümid edirəm” (Müslim).
Bu hədis onu bildirir ki, Ərəfə günündə tutulan oruc həm keçən ilin, həmdə gələn ilin günahlarını yuyur. Allah rəsulunun qəlbində belə bir açıq ümid olmuşdur. Çünki onun ümidlənməsi bizim kimi boş yerə deyildir.
Lakin Ərafatda olan, yəni həcc edən kimsənin, Ərəfə günü oruc tutması müstəhəb deyil. Çünki Peyğəmbər (ona və ailəsinə salam olsun) Ərafatda oruclu olaraq vəqfədə dayanmamış, əksinə insanlar özünün oruclu olmadığını görsünlər deyə bir qədəh süd içmişdir.

3. Həcc və ümrə etmək.
Bu günlərdə edilən əməllərin ən fəzilətlisi, həcc və ümrədir. Həcc və ümrənin ən fəzilətli əməl olduğuna dəlalət edən bir çox hədis vardır.
Belə ki, bunlardan birində Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“İki ümrə arasında edilən (kiçik) günahlara, bu iki ümrə kəffarə olar. (günahları silər). Qəbul olunan həccin qarşılığı, ancaq cənnətdir” (Buxari və Müslim).
4. Bu günlərdə çoxlu təkbir (Allahu Əkbər), təhlil (Lə İləhə İllallah) və təhmid (Əl-Həmdulillah) gətirmək (demək).
Bununla bağlı İbn Ömərin -Allah ondan və atasından razı olsun- yuxarıda zikr edilən rəvayətində ifadə etdiyi kimi, Rəsulullah (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
"Allah Təala nəzdində içərisində saleh əməl işlənən bu on gündən əcri daha böyük və Onun daha çox xoşuna gələn başqa bir gün yoxdur. O halda, bu günlərdə bol-bol təhlil, təkbir və təhmid gətirin” (Əhməd bin Hənbəl).
İmam Buxari -Allah ona rəhmət etsin- bu barədə belə demişdir:
“Abdullah b. Ömər və Əbu Hureyrə -Allah ikisindən də razı olsun- Zilhiccənin ilk on günündə bazara çıxıb yüksək səslə təkbir gətirər, insanlar da onlarla birlikdə təkbir gətirərdilər”.
Yenə, İmam Buxari -Allah ona rəhmət etsin- bu barədə belə demişdir:
“Ömər b. Xəttab -Allah ondan razı olsun- bu günlərdə Minadakı çadırında təkbir gətirər, Hayf məscidində olan və onu eşidən müsəlmanlarla birlikdə bazar və bazardakı insanlar Mina təkbir səsləriylə inləyəcək şəkildə təkbir gətirərdilər”.
Abdullah b. Ömər, Minada bu günlərin hamısında, fərz namazlardan sonra, yatağında, çadırında, məclisində və yolda təkbir gətirərdi.
Ömər b. Xəttab, oğlu Abdullah və Əbu Hüreyrənin davranışları olduğu üçün, bu günlərdə açıqdan və yüksək səslə təkbir gətirmək, müstəhəbdir.
Biz müsəlman olaraq, indiki vaxtda itən, unudulan və tərk edilən, hətta -kədərlənərək söyləmək lazımdır ki- ilk müsəlmanların yaşadıqlarının əksinə, bəzi saleh kəslərin belə haradasa unutduğu bu sünnəni, təkrar yaşatmağımız lazımdır.

BU GÜNLƏRDƏ DEYİLƏN TƏKBİRİN SÖYLƏNİŞ ŞƏKİLLƏRİ:
a). Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər.
b). Allahu Əkbər , Allahu Əkbər, La ilahə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Və lilləhil-Həmd.
c). Allahu Əkbər, Allahu Əkbər , Allahu Əkbər, La ilahə illəllah, Vallahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər, Vəlillahil-həmd.
5. Qurban bayramının birinci gününün fəzilətli olması
Qurban bayramının birinci gününün fəziləti çox böyükdür. Bir çox müsəlman bu günün fəzilətindən, şanının dəyərini bilməkdən və fəzilətinin saysız oluşundan xəbərsizdir. Bəzi İslam alimləri bu günü, ilin müzakirəsiz (ixtilafsız) ən fəzilətli günü, hətta Ərəfə günündən belə üstün görmüşlər.
İmam İbn Qeyyum -Allah ona rəhmət etsin- bu barədə belə demişdir:
“Allah qatında günlərin ən xeyirlisi, Həcci Əkbər günü olan qurban günüdür”.
Necə ki, Abdullah b. Kurddan -Allah ondan razı olsun- rəvayət olunduğuna görə, Peyğəmbər (ona və ailəsinə salam olsun) belə buyurmuşdur:
“Allah Təbarəkə və Təala qatında günlərin ən böyüyü (ən əzəmətlisi); qurban günüdür. Ondan sonra təşrik günlərinin başlanğıcı və cəmrələri daşlamaq üçün Minada qalmaq üçün başlanan on birinci gündür” (Əbu Davud, Albani səhihləmişdir).
Bəzi alimlər də aşağıdakı səbəblərdən ötəri Ərəfə gününün daha fəzilətli olduğunu söyləmişlər:
1. O gündə tutulan oruc, iki ilin kiçik günahlarına kəffarə olar.
2. Allah Təala, o gündə qullarını cəhənnəm əzabından bağışladığı qədər başqa bir gündə bağışlamaz.
3. Allah Təalanın rəhmət və comərdliyi, Ərafatda olan qullarına yaxın olar və Allah Təala, onlarla mələklərinə qarşı fəxr edər.
Lakin doğru olan görüş (rəy), ilin ən fəzilətli gününün qurban bayramının birinci günü olduğunu söyləyən birinci görüşdür. Çünki buna dəlalət edən hədisə zidd başqa bir hədis rəvayət olunmamışdır.
İstər qurban bayramının birinci günü olsun, istərsə də Ərəfə günü ən fəzilətli gün olsun, müsəlmana düşən vəzifə; hacı olsun, evində qalan olsun, bu günlərin fəzilətini dərk etmək və əlinə keçən bu fürsəti ən yaxşı şəkildə qiymətləndirməkdir.
Allah təala biz qullarına bu günlərin dəyərini verməkdə kömək etsin. Amin!
Post comment
06.12.08 19:26   |      ru
 (“Məscid al Həram”-da səslənmiş cümə xütbəsi)

Ey insanlar!..Yerüzündə; Rəsulullah sallallahu aleyhi va səlləm kimi, Onun kimi insanların zülm etmək üzrə ona qarşı birləşdiyi bir bəşər daha görülmədi, görülməyəcək..Cəmiyyətin hər hissəsindən hücumlara və söyüşlərə məruz qaldı. Dövrün şairləri Onu hicv etdi və qövmünün irəli gələnləri Onunla lağlağa etdi. Ağılsız insanlar Ona əziyyət verdi və sehrbazlar Ona sehr etdi. Nəhayət Allah Sübhənəhu Təalənin, Nəbisi sallallahu aleyhi va səlləmə Məkkənin fəthini nəsib etdiyi gün gəldi.





Rəsulullah sallallahu aleyhi va səlləm Beytullaha girib onu tavaf etdikdən sonra Məscidi Haramda oturdu. İnsanlar da ətrafında oturdular. Bütün gözlər Ona çevrilmişdi. Onun düşmənlərinə nə edəcəyini gözləyirdilər. Və Rəsulullah sallallahu aleyhi va səlləm o məşhur sözünü söylədi: -«Ey Qureyş camaatı! Sizə nə edəcəyimi düşünürsünüz?» -«Yaxşılıq;» dedilər. «Qiymətli bir qardaşsan və qiymətli bir qardaşın oğlusan.» -«Şübhəsiz mən də sizlərə, Yusifin qardaşlarına söylədiyini söyləyirəm: Bu gün sizi danlamaq yoxdur! Gedin! Sizlər sərbəstsiniz.» Elə o an, Hind b. Utbə, İkrimə b. Əbu Cəhl kimi böyüklər müsəlman olur və tövbə edirlər. İbni Zəbara və Kaab b. Züheyr kimi şairlər dönüb üzr istəyirlər. Ondan hər kəsə ancaq bağışlanma gəlir.
Allahu Əkbər!.. Gücü çatdığı halda bağışlamaq necə də gözəldir! Allahu Əkbər! Çətinlik göstərə bildiyi halda, genişlik göstərmək, zillətə sala bildiyi halda izzətli davranmaq necə də gözəldir!..Rəsulullah sallallahu aleyhi va səlləmdən başqa buna layiq kim ola bilər?

Ey müsəlmanlar! Bax bu və buna bənzər yüksək davranışlarla göstərdiyi müxtəlif ibrətlər və istiqamətləndirmələrlə Rəsulullah sallallahu aleyhi va səlləm bütün gücünü cahiliyyəni yox etməyə və cahiliyyənin qaranlığını ortadan qaldırmağa qoydu. Yumşaqlığı və bağışlaması ilə pisliyə mane oldu: "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!" (Ali İmran surəsi, 159)
Rəsulullah sallallahu aleyhi va səlləm cahiliyyə adətlərinə mane oldu. Cəmiyyətin təməl dirəklərini fəzilət və gözəl əxlaq, cahiliyyə və hirslənməyi tərk etmək üçün ayağa qaldırdı. İnsanların hamısına etdiyi nəsihətlərin böyük əksəriyyəti bu məqsədə doğru yönəlmişdi. Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: «Müsəlmana söymək fasiqlik, onunla döyüşmək isə küfrdür.» Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.
Ey Müsəlmanlar!.. Yumşaq xasiyyətlilik, sevmədiyi bir şeylə qarşılaşdığı zaman nəfsin, özünə qadağan olunan hala dönməsini pis görmək deməkdir. Yumşaq xasiyyətlilik - qəzəb anında nəfsə hakim olmaq və onu cilovlamaqdır. Yumuşaq xasiyyətlilik - elm libasıdır. Kim ondan məhrum olursa çılpaq qalmış, qüsurları insanlara görünmüşdür. Batil heç xeyir gətirirmi? Diqqət edin!.. Qəzəblənmək, pisliyin yoldaşıdır. Yumşaq xasiyyətlilik isə qəlblərin rahatlığı və insanların səadətidir.
İnsanların hamısı bir ana-atadan törədiyi halda aralarındakı fərq böyükdür. Vəziyyətlərinin və keyfiyyətlərinin müxtəlifliyi əhəmiyyətli bir imtahan meydanıdır. Bu səbəblə Allah Sübhənəhu Təalə belə buyurur : "Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi?" (Furqan surəsi, 20)

İnsanlar içində yumuşaq xasiyyətli, qabiliyyətli və tələskən davranmayanlar da var. Çətinliklər onu hürkütdüyündə yumşaq xasiyyət və tələskən davranmamaq xasiyyəti onu o çətin vəziyyətdə düşüncəsinin üstünlüyünü və əxlaqının gözəlliyini mühafizə edərək qalmasını təmin edir. Qəzəbini sakitləşdirmək üçün özünü rəzil etmir. Ona qarşı bir cahillik edilərsə yumşaq xasiyyətindən başqası ona fayda verə bilməz. Ğays b.Asimin davranışı kimi olarsa ucalıq və üstünlük necə də gözəl olar. Oğlunu öldürən adamı əlləri arxasına bağlanmış şəkildə onun yanına gətirirlər. Belə deyir: «Qardaşımı qorxutdunuz. Onu buraxın və uşağın anasına kəffarəsini göndərin. Çünki o, bizim qövmümüzdən deyil!»
Sonra insanlar arasında tələskən və tutarsız olanlar vardır. Yenə onlar arasında əcnəbi və saf olanlar da var. Tələsərək ağılsız şəkildə davranır. Dil və davranışı qəlbindən və ağlından öncə gəlir. Özünü tənqid etməz və səbr edib düşünməz. Davranışlarında həddini aşır, daha sonra da onlardan üzr istəmək məcburiyyətində qalır. Beləliklə Rəsulullah sallallahu aleyhi və səlləmin qadağan etdiyi vəziyyətə düşmüş olur. Rəsulullah sallallahu aleyhiva səlləm belə buyurur: «Sabah söylədiyin söz üçün üzr istəmək məcburiyyətində qalacağın sözü demə!» Bu hədisi İmam Əhməd və İbn Macə rəvayət edir. O an üzr istəməyin fayda verməz.
Çünki ağlı başından gedib şüursuzca işləri pozunca və duyğuları üstün gəlincə islahına yer qalmır. Ona nəsihət verilsə və doğru olan yadına salınsa belə daha da hirslənir. Bax bu gizli axmaqlıq səbəbidir.
Nəfislər ortaya girincə qəzəbin sahibini dəlilik dərəcəsinə götürdüyünü gördük. Ancaq qan tökməklə həll oluna biləcəyini düşünürlər. Əgər müsəlman fəzilətlərdən meydana gələn yüksək surlar ardında yaşasa belə bir artıq duyğu hiss edərmi? Əsla hissetməz! Əksinə alçaqlıqlar, hədəflənən uzaq yerə çatmadan əvvəlcə öz qəlbinə düşər. Bunda təəcüblü bir şey yoxdur. Çünki atəş əvvəlcə yandığı yerə dönür. Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: « Məzlum olan həddi aşana qədər bir-birinə söyən iki adamın hər söylədiyinin günahı, o ikisindən ilk başlayanın üzərinədir.» Bu hədisi Muslim rəvayət edir.
İmanlı insanın kiçik-kiçik şeyləri şişirdərək sıxıntı hiss etməməsi lazımdır. Bundan əlavə islah edən kəs öz ağır xasiyyətindən düşüncəsiz insanlara da boşaldaraq onları ən yaxşı şəkildə bağlamalıdır ki, tərif və gözəl söz dillərindən düşməsin.
İnsanlardan bəziləri var ki, qəzəbi heç sakitləşmir. Davamlı hirslənən bir şəxsdir. Hirsi surətində əks olunur. Ona bir kəsin kiçik bir əziyyəti toxunsa dəliyə dönür və köpürür. Söyməyə və lənət etməyə başlayır. Əksəriyyət etibarilə onun qəzəbi ona ancaq axmaqların edəcəyi şeyləri etdirir. Çətin açıldığı zaman qapıya hirslənir. Yoldan bir az çıxsa maşına hirslənir. Yeməyin duzu, ya da çörək yaxşı bişməsə arvadını rəzil edər, sümüklərini qırar, yuvasını dağıdar. Sonra bir neçə dəfə boşaması kifayət olduğu halda, onu göydəki ulduzlar sayı qədər boşayar.
İtlər kimi dalaşırlar və xoruzlar kimi döyüşürlər. Yara qan içində ayrılırlar. Hər biri özünə yazıq etmişdir. Nəticədə uşaqlar ailə həyatından məhrum qalır. İslam bütün bu çirkin xüsusiyyətlərdən tamamilə uzaqdır. Rəsulullah sallallahu aleyhi va səlləm belə buyurur: «Mömin tən edən, lənət edən, açıq-saçıq danışan və çirkin söz söyləyən deyildir.» Bu hədisi Tirmizi rəvayət edir və «Həsən bir hədisdir» deyir.

Sonra ər arvadın bundan sonrakı peşmanlığını heç soruşmayın, ey müsəlmanlar. Üzrlər istəyirlər, qazilərə və hakimlərə baş vururlar. Bütün bunlar hirslənən kişinin ağlına sahib olma, yumuşaq başlı davranma və hirsini boğma ilə həll edəbiləcəyi bir problem qarşısında düşüncəsiz işlədiyi bir xətanı ortadan qaldırmaq üçündür.
Qayğılı və hüzünlü bir şəkildə evindən çıxan uşağın günahı nədir? Üzüntüsünü aparacaq bir şeylər tapma ümidi ilə sağa - sola yönəlir. Bəlkə də onun kimiləri gözləyən cəmiyyətdəki ac qurdlar onu əhatə edir və onu özləri kimi edərlər. İçki və narkotik kimi öldürücü zəhərlərə bağlı hala gətirirlər. Bütün bunlar ana və atasının bir anlıq qəzəbinin ardından gələn söyüşün, zərbənin və bəlkə də evdən qovmanın nəticəsidir. Beləliklə ailələr dağılır və cəmiyyətin təməlləri yıxılır. Hər gün bir düşmən qazanılır, bir dost itirilir və bir yuva yıxılır.

Allahın qulları! Yumşaqcasına davranan ya aciz və qorxaqdır, nə lehinə, nə də əleyhinə bir şey var. Bir şey qazanmasa da ən azından günaha girməz. Cəzalandırmağa gücü çatmadığı halda yumşaq başlı olduğunu irəli sürsə belə, bu ancaq səviyyəsiz insanların baş vuracağı bir dəlildir. Və ya zahiri möminlərə, daxili günahkarlara bənzəyən bir hiyləbazdır. Aşkar şəkildə bağışlayır lakin içdən içə hirslənir və artıqlaması ilə intiqam alır. O, cəmiyyət üçün güvə kimidir. Güvə təbiəti gərəyincə düşdüyü yeri dəlik deşik edir. Ya da qurd kimidir, qurd da təbiəti gərəyincə düşdüyü yeri pozur .Belələrini Allah çox keçmədən insanlar arasında rəzil edir.
Və ya cəzalandırma gücünə sahib olmasına baxmayaraq yumuşaqlıq yaradılışında var. Əşəc b. Abdul Qays kimi. Rəsulullah sallallahu aleyhi va səlləm onun haqqında belə buyurur: « Şübhəsiz səndə iki xüsusiyyət var ki, Allah və Rəsulu onları sevir. Yumuşaqlıq və tələsməməkdir.» «Bu xasiyyəti sonradanmı qazandım, yoxsa onunla yaradıldım ey Allahın Rəsulu?» deyincə Rəsulullah sallallahu aleyhi va səlləm «Əksinə onun üzərinə yaradıldın.» buyurur. Bunun üzərinə «Məni, Allahın və Rəsulunun sevdiyi iki xüsusiyyət üzrə yaradan Allaha həmd olsun» deyir. Bu hədisi Muslim və digər alimlər rəvayət etmişdir..

Və ya əslində əsəbidir; ona qarşı haqsızlıq edilməsindən rahatsızlıq hiss edir. Fəqət qarşılığını Allahdan gözləyərək səbr edir. Cəzalandırmağa gücü çatdığı halda bağışlayar. İmanı ona yaxşılıq etməyi və cahilləri bağışlamağı əmr edir. Bax bu, dünya və axirətdə savaba çatan və Allah qatında və sonrasında insanlar arasında təriflənəndir. O, Rəsulullah sallallahu aleyhi va səlləmin bu hədisində güclü və qüvvətli olaraq vəsf edilir: «Güclü; güləşdə qalib gələn deyildir. Əksinə güclü, qəzəb anında nəfsinə hakim olandır.» bu hədisi Buxari və Müslim rəvayət edir. Bu eyni zamanda Rəsulullah sallallahu alehyi va səlləmin bu sözündə bildirilir: «Kim, edə biləcəyi halda hirsini boğarsa Allah onu bütün məxluqatın önündə çağırar və onu hurilər arasında seçməkdə sərbəst buraxır. Onu, onlardan dilədiyi ilə evləndirir.» Bu hədisi İmam Əhməd rəvayət edir.
Allah bizləri və sizləri qəzəbdən və qəzəbin pis aqibətindən qorusun. Bizlərə yumuşaq xasiyyət ehsan etsin. Şübhəsiz O; eşidən və yaxındır. " Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər" (Ali İmran surəsi, 133-134)
Allahdan lazımınca qorxun, ey Allahın qulları!Dinimizin prinsipləri ilə əməl etməyimiz və Nəbimiz Məhəmmədin sallallahu aleyhi va səlləm dediklərini mütləq yerinə yetirməyimiz lazım olduğunu bilin. Eyni şəkildə nəfislərimizi hirsdən çəkindirməli və bizə zərər və peşmanlıq gətirə bilən məsələlərdə tələsməməliyik. Müsəlman kimsədən, gücü çatdığınca bəsirətli və yumşaq davranaraq, nəfsindən və şeytandan Allaha sığınaraq sinirlərinə hakim olması və hirsini söndürməsi tələb olunmaqdadır.
Rəsulullah sallallahu aleyhi va səlləmin, səhabələrdən birinə etdiyi bu nəsihətə qulaq asın. Buxarinin Səhihində rəvayət etdiyinə görə bir adam, Nəbi sallallahu aleyhi va səlləmə «Mənə bir nəsihət ver» deyir. Rəsulullah sallallahu aleyi va səlləm ona «Hirslənmə» buyurur. Adam bir neçə dəfə təkrar edir və Rəsulullah (s.ə.s) hər dəfə «Hirslənmə» buyurur. Hədisdə nəzərdə tutulan, adamın hirsləndiyi zaman, qəzəbin təsiri ilə hərəkət etməməsi, bundan başqa hirsini boğmaq üçün nəfsi ilə mücadilə etməsidir. Çünki qəzəb Adəm oğluna sahib olunca, ona əmr edir və qadağan edir. Allah azzə və cəllə bu mənada belə buyurur: " Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: "Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!" - (deyə yazılmışdı)." (Əl Alaf surəsi, 154) İnsan nəfsi ilə mücadilə edincə qəzəbin şərrini dəf edir və hirs ondan dərhal gedir. O zaman heç hirslənməmiş kimi olur. Qurani Kərimdə, Allah azzə və cəllənin bu ayələri ilə buna işarə edilmişdir: " O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;" (Əş Şura surəsi, 37) Bir başqa ayədə: "O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali İmran surəsi, 134)
İnsanların dünyasında qəzəb, eniş və çıxış baxımından vəziyyətə görə dəyişir. Fəqət şəri çərçivə daxilində bu üç dərəcənin xaricinə çıxmır:
Birinci dərəcə: itidal (ölçülü olma) dərəcəsidir. Canını, dinini, namusunu ya da malını qorumaq üçün hirslənir. Əgər bu qəzəb olmasaydı cəmiyyət nizamının təməldən yıxılması və qarmaqarışıqlığın yayılması ilə yer üzü dağılardı. Rəsulullah sallallahu aleyhi va səlləm buyurur: «Kim malı uğruna öldürülürsə o şəhiddir. Kim canı uğruna öldürülürsə o şəhiddir.» Bu hədisi, İmam Əhməd və İbn Hibban rəvayət edir.
İkinci dərəcə: Qəzəbin ölçülü olmasının da altına düşməsidir. İnsanda qəzəblənmə xüsusiyyəti tamamən zəifləyir və yox olur. Bu vəziyyət şəriət tərəfindən pislənir. Xüsusilə də, Allahın haram etdiyi şeylərlə əlaqəli olanda..Aişə radiyallahu anhə belə deyir: «Rəsulullah sallallahu alehyi va sələm Allah yolunda cihad etmə istisna olmaqla əli ilə heç bir şeyə - nə bir qadına, nə də bir xidmətçiyə əsla vurmadı. Allahın haramlarından bir şeyin keçməsindən xaric özünə edilən bir əziyyət üçün əsla sahibindən intiqam almadı. Allah Təala üçün intiqam alırdı.» Bu hədisi, Muslim rəvayət edir.
Üçüncü dərəcə: Qəzəbin, ağlın və Dinin üstünə çıxmasıdır. Bəlkə də, böyük günahlar və günahlar etməyə sövq edir. Bu maneə ancaq Rəsulullah sallallahu aleyhi va səlləmin işarə etdiyi şeyi etməklə öhdəsindən gəlinir. Nəbi sallallahu aleyhi va səlləm belə buyurur: «Sizdən biriniz hirsləndiyində sussun» Bu hədisi İmam Əhməd rəvayət edir. Nəbi sallallahu aleyhi va səlləmin yanında iki kişi bir birini söyür. Birinin üzü qəzəbindən qıpqırmızı olur. Nəbi sallallahu aleyhi va səlləm belə buyurur: «Mən bir söz bilirəm; kim onu söylərsə hissetdiyi şey ondan gedər: Əuzu billəhi minəşşeytanirracim/ Lənətə gəlmiş şeytanın şərrindən Allaha sığınıram.»


Allahın salamı və xeyir-duası üzərinizə olsun!

Post comment

Total posts: 2 Pages: 1
«« « 1 » »»
 
 


« 2025 march »
Mo Tu We Th Fr Sa Su
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31

 
 © 2007–2025 «combats.com»
  18+  
feedback